Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
Çexiyanın paytaxtı Praqa şəhərində gənclər arasında keçirilən Avropa çempionatında Azərbaycanın daha bir cüdoçusu qızıl medal əldə edib.

Tatami ustamız Elcan Hacıyev (81 kq) həlledici mərhələdə İtaliya idmançısı Briqht Nosa Maddalonyaya qalib gələrək çempion titulunu qazanıb.

Bununla da komandamızın əldə etdiyi medalların sayı üçə çatıb. Belə ki, buna qədər cüdoçularımız Vüsal Qələndərzadə (73 kq) qızıl, Turan Bayramov (60 kq) gümüş medala sahib olublar.

Xəbər 239 dəfə oxundu.