Qurban Qurbanov: Qələbəni şəhidlərə və Azərbaycan Ordusuna həsr edirəm
Fərqli hissələr oldu. Amma bizim üçün ilk yarıda intizamlı oynamaq vacib idi. İlk dəqiqələrdən ehtiyatlanırdıq. Çünki rəqibin heyətində bacarıqlı futbolçular var.

Bunu UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Fransanın “Nant” komandasını Bakıda 3:0 hesabı ilə məğlub edən Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra "CBC Sport"a açıqlamasında deyib.

Q.Qurbanov bildirib ki, maraqlı qələbə oldu. Belə böyük komandanı 3 cavabsız qolla məğlub etmək hamımızı sevindirir. Hər kəsi təbrik edirəm. Qələbəni şəhidlərə və Azərbaycan Ordusuna həsr edirəm. Bu gün əlavə şəhidlərimiz oldu. Çox üzüldük. Belə bir gündə qalib gəlmək istəyirdik. Ona görə həyəcan var idi. Allah ordumuzu qorusun.

Xəbər 201 dəfə oxundu.