“Xəzər Lənkəran” “Simurq”la da bacarmadı | |
Bu gün Azərbaycan Premyer Liqasında 1 oyun keçirilib. İdman.com.az saytının məlumatına görə, IV turun təxirə salınmış “Xəzər Lənkəran” – “Simurq” oyunu baş tutub. Sumqayıtda baş tutan qarşılaşma hər 2 komanda üçün önəm kəsb edirdi. Belə ki, ötən tur “Böyük oyun”da “Neftçi”yə uduzan “Xəzər Lənkəran” “Simurq”un məğlubiyyətsiz oyunlar seriyasını qırmağa, qonaqlar isə tarixində ilk dəfə rəqibindən üstün olmağa çalışırdı. Zaqatala təmsilçisi hər hissədə 1 qol vurmaqla oyunun taleyini öz xeyrinə həll edib. Bununla da cari mövsüm 5 oyundur uduzmayan “Simurq” zirvəyə yüksəlib. İlk dəfə “Xəzər Lənkəran”a qalib gələn zaqatalalılar rəqibinin ardıcıl 2-ci dəfə xalsız qalmağa vadar edib. Premyer Liqa. IV tur 20 sentyabr (cümə axşamı) "Xəzər Lənkəran" - "Simurq" – 0:2 Qol: Burxardt Marçin, 17; Stepan Polyak, 49 Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Elşən Acalov, İnqilab Məmmədov Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. |
|
Xəbər 1079 dəfə oxundu. |
|
|