Mourinyonu “piskopat” adlandırdılar
La Liqaya pis başlayan “Real” Çempionlar Liqasında “Mançester Siti”ni son 5 dəqiqədə vurduğu 2 qolla 3:2 hesabı ilə yenərək özünə gəldi. Bu oyundan vurulan qollardan və qazanılan qələbədən daha çox, baş məşqçi Joze Mourinyonun sevinci müzakirə olundu. Portuqaliyalı mütəxəssis Kriştiano Ronaldonun 90-cı dəqiqədə vurduğu qolu diz üstə çökərək qeyd etdi.
Mourinyonun sevincindən etdiyi hərəkətləri tənqid edənlər tapılıb. Ən böyük tənqid isə “Barselona”nın sabiq prezidenti Alfons Qodalldan gəlib. Sabiq klub rəhbəri “Twitter”dəki səhifəsində Mourinyo üçün “Psikopat kimi sevinir” ifadələrindən istifadə edib.
Daha sonra isə Qodall bu sözləri yazıb: “Sevincini bu cür biruzə verərək komandasının yaratdığı xəyal qırıqlığını arxa plana keçirir”.
Xatırladaq ki, Mourinyo 2009-2010 mövsümündə “İnter”i çalışdırarkən “Barselona”nı yendikləri matçdan sonra “Nou Kamp” stadionunda çılğıncasına sevinmiş və bununla da kataloniyalıları əsəbiləşdirmişdi.

Xəbər 830 dəfə oxundu.