İngilislər Fatih Terimi “İmperator” adlandırdı | |
Dünən “Old Trafford”da baş tutan qarşılaşmada türk məşqçiyə qarşı böyük jest edilib. Stadiondan komandaların heyəti açıqlanarkən “Qalatasaray”ın baş məşqçisi “İmperator Fatih Terim” deyə səsləndirilib. Qeyd edək ki, bu jest “sarı-qırmızılı” məşqçini həm təəccübləndirib, həm də sevindirib. Bundan əlavə istanbul təmsilçilərinin oyunçu dəyişiklikləri də stadionda türk dilində səsləndirilib. |
|
Xəbər 976 dəfə oxundu. |
|
|