Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb. Həmyerlimiz 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin 11-ci qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.

Xudiyev həmin turnirin matçlarında hakimlərin idarəçiliyinə qiymət verəcək. Bu qrupun oyunları sentyabrın 24-dən oktyabrın 1-dək Çexiyada təşkil olunacaq. Növbəti mərhələyə vəsiqə uğrunda Rusiya, Danimarka, Çernoqoriya və Çexiya yığmaları mübarizə aparacaq.

affa.az

Xəbər 2775 dəfə oxundu.