Savat üzrə Avropa çempionatında ölkəmizi 4 idmançı təmsil edəcək | |
Azərbaycanın savat (fransız boksu) millisi “Kombat” versiyası üzrə böyüklər və gənclər kateqoriyasında keçiriləcək Avropa çempionatında iştirak etmək üçün Fransaya yola düşüb. Sentyabrın 8-10-da Boulogne-sur-mer şəhərində təşkil olunacaq çempionatda ölkəmizi 4 idmançı təmsil edəcək. Heyətə Azərbaycan Savat Federasiyasının prezidenti Rafiq Əliyev rəhbərlik edir. |
|
Xəbər 241 dəfə oxundu. |
|
|