“Topaz” “Xəzər Lənkəran” – “Simurq” matçının əmsallarını açıqlayıb
“Topaz” Azərbaycan çempionatında bu gün keçiriləcək “Xəzər Lənkəran” – “Simurq” matçının əmsallarını açıqlayıb. Mərc operatoru Sumqayıtda keçiriləcək IV turun təxirə salınmış matçında lənkəranlıları favorit sayır.

Onlar Topaz Premyer Liqası çərçivəsində olacaq oyunda “Xəzər Lənkəran”ın qələbəsinə 1,90, heç-heçəyə 3,10, “Simurq”un 3 xal qazanmasına 3,30 əmsal veriblər.

Qeyd edək ki, matç 17:00-da başlayacaq.

Xəbər 1034 dəfə oxundu.