Nazir Mədət Quliyev millimizin üzvü ilə birlikdə veloyürüşdə iştirak edib
Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev elit/U-23 yığma komandamızın üzvü Ayan Xankişiyeva ilə görüşüb və onunla bir sıra məsələlər haqda danışıb.

Görüş zamanı velosipedçinin V İslam Həmrəyliyi Oyunlarındakı çıxışı, onun medal qazanmağa çox yaxın olması, iki növdə 4-cü yerdə qərarlaşması, idmançının fiziki, taktiki-texniki hazırlığı və digər mövzularda müzakirələr aparılıb.

M.Quliyev millimizin üzvünə müvafiq tapşırıq və tövsiyələrini verib, onunla birlikdə veloyürüşdə iştirak edib.

Qeyd edək ki, federasiya prezidentinin velosipedçiləri hər zaman xüsusi diqqətdə saxlaması, milli komandanın üzvləri ilə fərdi şəkildə görüşməsi idmançılarda böyük ruh yüksəkliyi yaradır və onlar daha da səylə hazırlaşaraq yüksək nəticələr qazanmağa çalışırlar.

Xəbər 396 dəfə oxundu.