PFL “Topaz”la 3 illik müqavilə imzaladı
Bu gün Azərbaycan Premyer Liqasının titul sponsorluğu müqaviləsinin imzalanması mərasimi keçirilib. İdman.com.az saytının məlumatına görə, Peşəkar Futbol Liqası (PFL) və ölkəmizdə fəaliyyət göstərən yeganə mərc oyunları operatoru “Topaz” arasında 3 illik anlaşma rəsmiləşib.

Müqaviləyə PFL-in prezidenti Ramin Musayevlə “Azərinteltek” şirkətinin Direktorlar Şurasının sədri Əhməd Geylani Sezər imza atılıblar. Bununla da ölkə çempionatı “Topaz Premyer Liqası” adlanacaq.

Mərasimdə AFFA-nın baş katibi Elxan Məmmədov, “Azərinteltek” şirkətinin rəhbəri Azər Məhərrəmov da iştirak edərək, öz xeyir-dualarını veriblər.

Daha sonra Premyer Liqanın yeni loqotipi nümayiş olunub. Loqotipdə futbol topu və onu hər tərəfdən əhatə edən alov həkk edilib. Bu, “Topaz”ın Azərbaycan azarkeşlərində yaratdığı futbol həyəcanının alovu kimi dəyərləndirilir. Yəni, “Topaz” alovu futbol topunu öz əhatəsinə alaraq, ona hərtərəfli dəstək göstərməkdədir.

Xəbər 1193 dəfə oxundu.