Azərbaycanın 2 boksçusu Qazaxıstanda keçirilən beynəlxalq turniri bürünc medalla başa vurub | |
Azərbaycanın 2 boksçusu Qazaxıstanın Aktau şəhərində keçirilən beynəlxalq turniri bürünc medalla başa vurub. Ruslan Qədirov (54 kq) və Rauf Rəhimov (92 kq) üçüncü yeri tutublar. R.Qədirov yarımfinalda qazaxıstanlı Timur Kabdeşovla üz-üzə gəlib. Rəqib finala yüksəldiyindən boksçu bürünc mükafata layiq görülüb. R.Rəhimov isə özbəkistanlı Nusratbek Tohirovla qüvvəsini sınayıb. Asiyalı mərhələ adladığından Azərbaycan boksçusu fəxri kürsünün üçüncü pilləsinə qalxıb. |
|
Xəbər 228 dəfə oxundu. |
|
|