Türkmən qapıçı Rahmanberdi Alixanov ölkəmizə gəlib
“Xəzər Lənkəran”ın heyətinə qatmaq istədiyi türkmən qapıçı Rahmanberdi Alixanov ölkəmizə gəlib. Bu barədə Lənkəran klubunun baş məşqçisi Yunis Hüseynov məlumat verib.
Hüseynov Türkmənistan milli komandasının da şərəfini qoruyan qolkiperlə bağlı hələ qərar verməyib: “O, artıq komandaya qoşulub. Amma onu indidən “Xəzər Lənkəran”ın futbolçusu saymaq olmaz. Onun durumuna özüm baxmaq istədim. 2-3 gün vaxtı var. Özünü yaxşı göstərsə, komandada qalacaq”.
Qeyd edək ki, Alixanovun son klubu “Aşqabad” olub.

Xəbər 899 dəfə oxundu.