“Araz”ın oyunlarının vaxtı müəyyənləşib
Futzal üzrə UEFA Kubokunda elit-raundunda iştirak edəcək “Araz”ın oyunlarının vaxtı müəyyənləşib. Ispaniyanın “Barselona”, Sloveniyanın “Litiya” və Xorvatiyanın “Split” klubları ilə eyni qrupda yer alan Azərbaycan çempionu ilk oyununu meydan sahiblərinə qarşı keçirəcək.
Belə ki, “Litiya” – “Araz” oyunu oktyabrın 10-da baş tutacaq. Təmsilçimiz bir gün sonra əsas rəqibi “Barselona”nı sınağa çəkəcək. “Araz”ın son rəqibi isə “Split” olacaq. Oyun oktyabrın 13-də baş tutacaq

Xəbər 1088 dəfə oxundu.