“Rubin” və “İnter” Azərbaycana nümayəndə göndərib
“Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki iki rəqibi – “Rubin” və “İnter” Azərbaycana nümayəndə göndərib. Hər iki klub yerli şəraitlə tanış olmaq üçün Bakıda olublar.
Nümayəndələr xüsusən də Tofiq Bəhramov adına Respublika stadionunu nəzərdən keçiriblər. Arenanın direktoru Akif İsmayılov bildirib ki, qonaqlar Bakıdan razı qayıdıblar.

Xəbər 905 dəfə oxundu.