Azərbaycan - Qazaxıstan matçının biletləri satışa çıxarılıb
Futbol üzrə Azərbaycan yığmasının Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda Qazaxıstanla matçının biletləri satışa çıxarılıb.

Sentyabrın 25-də “Dalğa Arena”da oynanılacaq görüşə biletlərin qiyməti 2, 5 və 10 manat təşkil edir. Onları iticket.az saytından əldə etmək mümkündür.

Azarkeşlər bir şəxsiyyət vəsiqəsi ilə 1 bilet ala bilərlər.

Qeyd edək ki, Azərbaycan - Qazaxıstan görüşü saat 20:00-da başlayacaq.

Xəbər 299 dəfə oxundu.