Çempionlar Liqasında bu gün daha 8 qarşılaşma baş tutacaq
Avropanın ən nüfuzlu klub turniri sayılan Çempionlar Liqasında bu gün daha 8 qarşılaşma baş tutacaq. Ikinci oyun günündə E, F, G və H qruplarının görüşləri baş tutacaq.

Gecənin ən maraqlı oyunu “Çelsi” və “Yuventus” arasında keçiriləcək. Azərbaycan futbolsevərlərinin diqqəti isə Mançesterə yönələcək.

Qonşu Türkiyənin ölkəmizdə çox sevilən təmsilçisi “Qalatasaray” “Mançester Yunayted”in qonağı olacaq.

19 sentyabr

E qrupu
23:45. "Çelsi" (İngiltərə) - "Yuventus" (İtaliya)
23:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Nordsyelland" (Danimarka)

F qrupu
23:45. "Bavariya" (Almaniya) – “Valensiya" (İspaniya)
23:45. "Lill" (Fransa) - BATE (Belarus)

G qrupu
23:45. "Barselona" (İspaniya) - "Spartak" (Moskva, Rusiya)
23:45. "Seltik" (Şotlandiya) - "Benfika" (Portuqaliya)

H qrupu
23:45. "Mançester Yunayted" (İngiltərə) - "Qalatasaray" (Türkiyə)
23:45. "Braqa" (Portuqaliya) - ÇFR (Rumıniya).

Xəbər 840 dəfə oxundu.