Jan Pyer Papen Bakıda
Sabah Peşəkar Futbol Liqası ilə Azərbaycan Premyer Liqasının yeni titul sponsoru arasında imzalanma mərasimi keçiriləcək. İdman.com.az saytının xəbərinə görə, tədbirdə əfsanəvi Fransa futbolçusu Jan Pyer Papen də iştirak edəcək.

Bundan başqa tədbirdə “Lans” klubunun keçmiş prezidenti, Fransa Futbol Federasiyasının vitse-prezidenti Jerve Martel, eləcə də ötənlərin ünlü futbolçuları Olivye Dakur və Jüslen Blonşar da qatılacaq.

Xatırladaq ki, Peşəkar Futbol Liqası və “Topaz” arasında rəsmi imzalama mərasimi “Park İnn” mehmanxanasının “Dan ulduzu” zalında keçiriləcək. Tədbir saat 15:00-da başlayacaq.

Xəbər 1143 dəfə oxundu.