Dobriana Rabadjiyeva: Hamısında çempionluğu hədəfləmişik - MÜSAHİBƏ
“Rabitə”nin voleybolçusu Dobriana Rabadjiyeva Bolqarıstan mətbuatına müsahibə verib. İdman.com.az saytının məlumatına görə, ötən mövsüm Azərbaycan çempionu olan hücumçu yığması ilə Avropa çempionatının final mərhələsinə yüksəlməsindən və Bakı klubundakı iddialarından danışıb.

- Bolqarıstan millisi möhtəşəm çıxışla Avropa çempionatının finalına yüksəldi. Çətin olmadı ki?
- Bu yay biz bir çox çətinlikləri arxada qoyduq. Amma bütün bunlar əla alındı. Baş məşqçimiz Marçello Abbondanza əsl komanda yaratmağa nail olub. Məhz bunun sayəsində hər oyunda qalib gəlirik. Avropa çempionatının final mərhələsinə yüksəlməyə layiq idik. Haqq olaraq, qrup qalibi kimi Almaniya və İsveçrədə keçiriləcək həlledici matçlara vəsiqə qazandıq.

- Həlledici mərhələdə qarşınıza hansı məqsədləri qoyacaqsız?
- Ümid edirəm ki, bu dəfə finala mərhələsində daha uğurlu çıxış edəcəyik. Ötən dəfəki kimi yarışı cəmi 1 qələbə ilə tərk etməyəcəyik. Bizim komandamız yayda həqiqətən də inkişaf etdi və mənə elə gəlir ki, bu daha da yüksələcək. Əsas məqsədimiz isə çempionatı medalla olacaq. Bu, bizim hədəfimizdir.

- Medalı nəyin hesabına qazanmaq olar?
- Ötən çempionatda bizim bir çox problemlərimiz vardı. Bu, oyunçular, məşqçilərlə bağlı idi. Həmin vaxt oynamaq da çətin idi. İndi isə Abbondanzanın işi göz qabağındadır. Biz bilirdik ki, komanda şəklində oynasaq, belə nəticələr əldə edə bilərik. Hazırda əsl komandayıq ki, rəhbərlik, məşqçilər, voleybolçular “üçlüyü” vəhdət təşkil edir.

- Onda siz baş məşqçinin vəzifəsini davam etdirməsinə razısız...
- Mən Abbondanzanın yığmamızla müqaviləsinin nə vaxt bitəcəyini bilmirəm. Amma çox istəyirəm ki, onunla daha uzun müddət çalışım. Elə digər qızlarımız da buna şad olar.

- “Rabitə”də də Abbondanzanın rəhbərliyi altında oynayacaqsız. O, Avropa çempionatının II təsnifat mərhələsindən sonra sizə istirahət verdimi?
- Bəli, indi mənə 2 günlük istirahət verilib. Sonra əşyalarımı yığıb, sentyabrın 19-da Bakıya gedəcəm. Bu qarşıdan gələn klublararası dünya çempionatı öncəsi vacib idi. Çünki təxminən 1 ay sonra Qətərə yollanacağıq. Ardınca isə Çempionlar Liqası və Azərbaycan Super Liqası kimi gərgin yarışlarda mübarizə aparacağıq.

- Bu turnirlərdə nəyə ümid edəcəksiz?
- Hər 3 yarışda iddialıyıq. Hamısında çempionluğu hədəflədiyimizdən ili möhtəşəm keçirə bilərik.

Xəbər 1060 dəfə oxundu.