Avropa çempionatı: Şahmatçımız Günay Məmmədzadə uğurlu çıxışını davam etdirir
Praqada şahmat üzrə qadınlar arasında Avropa çempionatında təmsilçimiz Günay Məmmədzadə uğurlu çıxışını davam etdirir.

üç turda maksimum xal toplayan Azərbaycan şahmatçısı liderlər qrupunda qərarlaşıb. Komandamızın digər üzvləri Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova 2,5, Ləman Hacıyeva 2, Səbinə İbrahimova, Gövhər Beydullayeva, Xanım Balacayeva 1,5 xal toplayıblar.

İsveçrə sistemi üzrə keçirilən turnir avqustun 31-dək davam edəcək.

Xəbər 220 dəfə oxundu.