Soyadını dəyişən futbolçular
Bir sıra futbol ulduzları karyeralarına bir soyadla başlasalar da, sonradan ulduzlaşanda başqa soyadla tanınıblar. Bəs soyadlarını karyeralarının gedişində dəyişən ulduzlar kimlərdir?

Niderland futbol tarixinin ən böyük adlarından olan Ruud Qullit atasının soyadını sonradan götürüb. Dil soyadının futbolçu üçün elə də səslənən olmadığını düşünərək o, həmin addımı atıb. Türkiyə ənənələri braziliyalı Marko Aurelio Brito dos Prazeresi Mehmet Aurelio edib. Yanik Calo iki il öncə portuqaliyalı müğənniylə evləndikdən sonra rəsmi soyadı Yannik Abreu-Calo olub.

«Nyuells Old Boyz»da Valter Adrian Luhan adı ilə oynamış müdafiəçi «İnter»də artıq ailəsi ilə yaşamayan atasının soyadını götürmüşdü – Samuel. 16 yaşında ikən valideynləri boşanan Rayan Uilson sonradan anasının Giqqz soyadı ilə məşhurlaşdı. Bir vaxtlar «Old Boyz»la «Boka Xuniors»un münaqişəsinin həll edilməsi Karlos Martinesi bizim indi Karlos Teves kimi tanınammıza səbəb olub. Bir vaxtlar qanalı qapıçı Riçard Kinqston türk pasportu alıb adını Faruk Gürsoy kimi yazdıranda, çoxları bu adların iki fərqli deyil, eyni adama məxsus olmasını anlamayıb.

İdman.com.az saytının məlumatına görə, Omari Tetradze karyerasını Tbilisi «Dinamo»sunda başlayarkən Omari Osipov idi. «Blekpul»un forvardı Qari Teylor-Fletçer evlənənədək sadəcə Qari Fletçer idi. Almaniya yığması və Bundesliqanın 70-80-ci illərdə ən güclü hücumçularından olmuş Diter Müller karyerasına Kaster soyadı ilə başlamışdı. Ancaq sonradan atalığının soyadını götürüb.

Xəbər 1478 dəfə oxundu.