“Qarabağ”ın hücumçusu İbrahima Vadji ən çox qol vuran seneqallı futbolçuların siyahısında üçüncüdür
“Wiw Sport” nəşri 2022/2023-cü il mövsümündə ən çox qol vuran seneqallı futbolçuların siyahısını hazırlayıb.

En yaxşılar arasında “Qarabağ”ın oyunçusu İbrahima Vadji də var. İyirmi yeddi yaşlı hücumçu yeni mövsümdə 7 matçda 4 qol vurub. O, bu nəticə ilə 3-cü pillədə yer alıb.

Birinci yerdə 19 matçda 9 qol vuran Alion Ndourdur ("Hauqesuno"). “Bavariya”dan Sadio Mane isə 4 oyunda 4 qol vurmaqla ikincidir.

Xəbər 227 dəfə oxundu.