“Fənərbağça” klubu Azərbaycan millisinin futbolçusunu heyətinə qatıb
Türkiyənin “Fənərbağça” klubu Azərbaycan millisinin qadın futbolçusu Nazlıcan Parlakı heyətinə qatıb.

Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

İyirmi doqquz yaşlı yarımmüdafiəçi cari mövsümün sonunadək İstanbul təmsilçisinin formasını geyinəcək.

Nazlıcan Parlak son olaraq “Konak Belediyespor”da çıxış edib. Parlak 2019-cu ildən Azərbaycan yığmasının şərəfini qoruyur.

Xəbər 217 dəfə oxundu.