Aleksey İsayev “Sabah”ın heyətində 50-ci çempionat matçına çıxıb | |
Aleksey İsayev “Sabah”ın heyətində 50-ci çempionat matçına çıxıb. Bu, Azərbaycan Premyer Liqasının üçüncü turuna təsadüf edib. “Neftçi” ilə ev matçında penaltidən qol vuran yarımmüdafiəçi yubileyinə töhfə verib. Bakı klubunda 3-cü mövsümünü keçirən İsayev 50 qarşılaşmada 8 qola imza atıb. A.İsayev “Sabah”ın tarixində Premyer Liqada 50 və daha çox oyun keçirən 6-cı futbolçudur. Onadək yalnız beş oyunçu “100”ü yarılayıb. Qeyd edək ki, A.İsayevin hesabı bərabərləşdirdiyi qarşılaşmada meydan sahibləri qələbə qazanıb – 2:1. |
|
Xəbər 223 dəfə oxundu. |
|
|