“Qarabağ”ın futbolçusu Muarem Muaremin durumuna aydınlıq gəlib
AZAL-la oyunda zədələnərək meydanı vaxtından əvvəl tərk edən “Qarabağ”ın futbolçusu Muarem Muaremin durumuna aydınlıq gəlib. Türk əsilli makedoniyalı futbolçunun zədəsinin ciddi olmadığı müəyyənləşib.
Qeyd edək ki, AZAL-la oyununu start heyətində yer alan Muarem 54-cü dəqiqədə meydanı tərk etməyə məcbur olub. Onu Vüqar Nadirov əvəzləyib. “Qarabağ” bu oyunda 2:6 hesabı ilə yenilib.

Xəbər 804 dəfə oxundu.