PFL “Xəzər Lənkəran” – “Simurq” oyunu ilə bağlı qərarını açıqlayıb
Peşəkar Futbol Liqası böhrana səbəb olan “Xəzər Lənkəran” – “Simurq” oyunu ilə bağlı qərarını açıqlayıb. Qrum matçın keçiriləcəyi stadionla bağlı rəsmi saytı vasitəsi ilə xəbər yayıb.
Xəbərdə bildirilir ki, Premyer Liqanın IV turunun təxirə salınmış “Xəzər Lənkəran” – “Simurq” oyunu sentyabrın 20, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq. Qarşılaşma saat 17.00-da başlayacaq. Belədə matç təqvimdə nəzərdə tutulduğu kimi “Xəzər Lənkəran”ın ev oyunu olacaq.
Xatırladaq ki, dünən “Simurq”un rəsmi saytı oyunun Zaqatalada keçiriləcəyini açıqlamışdı. Bu gün isə “Xəzər Lənkəran”ın rəsmi saytı matçın Sumqayıtda baş tutacağı ilə bağlı informasiya yaymışdı.
Onu da qeyd edək ki, Lənkəran şəhər stadionu qızlar arasındakı dünya çempionatına görə bağlanıb. “Xəzər Lənkəran” tərəfi ev oyununu itirmək istəmədiyini açıqlamış və I dövrədəki qarşılaşmanın Zaqatalada keçirilməsini tələb etmişdi. “Simurq” isə bununla razılaşmırdı.

Xəbər 850 dəfə oxundu.