Qadın basketbolçulardan ibarət Azərbaycan millisi yarımfinala çıxıb | |
Qadınlardan ibarət 3x3 basketbol növü üzrə Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 1/4 final oyununa çıxıb. Yığma yarımfinala gedən yolda Qətər seçməsi ilə qarşılaşıb. Matça sürətli start verən Azərbaycan yekunda 21-2 hesablı asan qələbə qazanıb. Qeyd edək ki, milli komandanın yarımfinaldakı rəqibi Özbəkistan olacaq. Avqustun 17-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 18.45-də başlayacaq. |
|
Xəbər 241 dəfə oxundu. |
|
|