Millinin çalışdırıcısı “Neftçi”yə şans vermədi
“Partizan”ın “Neftçi” ilə matçını canlı izləyəcəyəm. Bununla yanaşı, “İnter”lə oyunu da stadiondan izləməyi düşünürəm. Təbii ki, “İnter” qrupun aşkar favoritidi. Ancaq bu o demək deyil, Milan təmsilçisi qrupda birinci olmalıdı”.Bu sözləri Serbiya millisinin baş məşçisi Sinişa Mixayloviç deyib.
Əfsanəvi futbolçu “Neftçi”yə şans tanımayıb: “İki komanda növbəti mərhələdə yoluna davam edəcək. Məncə, ikinci yer uğrunda mübarizə “Partizan” və “Rubin” klubları arasında gedəcək. Əlbəttə, Avroliqada asan oyun olmur. Bu baxımdan “Neftçi” ilə oyunun da çətin keçəcəyini söyləmək olar. Ancaq “Paartizan” hazırda yaxşı formadadı və bunu meydanda sübut etməlidi”.

Xəbər 823 dəfə oxundu.