UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib | |
UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə start verilib. ilk oyun günündə 3 qarşılaşma keçirilib. Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası Norveçdə "Budö Qlimt"in qonağı olub. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Türkiyənin turnirdəki yeganə təmsilçisi "Trabzonspor" Danimarkada "Kopenhagen"lə üz-üzə gəlib və 1:2 hesabı ilə məğlub olub. Digər qarşılaşmada isə Şotlandiya "Reyncers"i evdə Niderlandın PSV klubu ilə məhsuldar heç-heçə edib - 2:2. Cavab qarşılaşmaları avqustun 24-də gerçəkləşəcək. |
|
Xəbər 218 dəfə oxundu. |
|
|