Kişilərdən ibarət basketbol yığma komandamız İslam Həmrəyliyi Oyunlarında ikinci qələbəsini qazanıb | |
Kişilərdən ibarət 3x3 basketbol növü üzrə yığma komandamız İslam Həmrəyliyi Oyunlarında ikinci qələbəsini qazanıb. 5-ci İslam Həmrəyliyi Oyunlarında "C" qrupunda qərarlaşan millimizin qrupdakı 2-ci rəqibi Türkiyə seçməsi olub. Amil Həmzəyev, Zaur Paşayev, Orxan Aydın və Endar Poladxanlıdan ibarət 3x3 basketbol yığmamız görüşə sürətli start verib və yekunda turnirin əsas favoriti üzərində 21-12 hesablı qələbə qazanıb. Qeyd edək ki, yığmamız qrupdakı növbəti oyunlarını 15 avqust saat 18.45-də Mərakeş, 20.35-də isə Qabon milli komandalarına qarşı keçirəcək. |
|
Xəbər 303 dəfə oxundu. |
|
|