Ötən mövsüm La Liqanı zirvədə yekun vuran “Real” çətinə düşüb
Ötən mövsüm La Liqanı zirvədə yekun vuran “Real” çətinə düşüb. Kriştiano Ronaldonun “xoşbəxt deyiləm” açıqlamasından sonra komandada psixoloji gərginlik hökm sürür.
“Real”ın “Sevilya” qarşısındakı məğlubiyyətindən sonra Joze Mourinyo bədbin açıqlama verib: “Biz bu məğlubiyyəti haqq etdik. Komanda ruhuyla mübarizə aparmadıq. Bu cəhətdən problem yaşayırıq”.
Qeyd edək ki, “Sevilya” ilə qarşılaşmadan sonra 11-ci pillədə qərarlaşan Mourinyonun yetirmələri prinsipial rəqibi “Barselona”dan 8 xal geri qalır.

Xəbər 861 dəfə oxundu.