“Real” 18 yaşlı futbolçu transfer etmək istəyir
“Real” 18 yaşlı futbolçu transfer etmək istəyir. “Kral Klubu” Xorvatiyanın “Hayduk” klubunda forma geyinən Yosip Radoseviçi hədəfə alıb.
Məlumata görə, ötən həftə Xoryatiya – Makedoniya oyununda Luka Modriçi izləmək üçün Zaqrebə yollanan Joze Mourinyo Radoseviç üçün də görüşlər keçirib. 1994-cü il təvəllüdlü oyunçu gələcəyin ulduzlarından hesab olunur. “Hayduk”un əsas heyətində 14 matç keçirən futbolçu Xorvatiyanın A millisində 1 dəfə forma geyinib, həmçinin aşağı yaş qrupları üzrə yığmalara çağırılıb.

Xəbər 909 dəfə oxundu.