Türkiyə Super Liqasının oyunu zamanı ilginc hadisə baş verib
Türkiyə Super Liqasının oyunu zamanı ilginc hadisə baş verib. Futbolçu meydanda formasız qalıb.
Belə ki, “Kasımpaşa” – “Qaziantepspor” matçının son saniyələrində (90+4) 3-cü qolun müəllifi Pintos qol sevinci yaşayarkən formasını çıxarıb. Qarşılaşmanın bitdiyini düşünən top daşıyan uşaq onu tribunaya atıb. Forma uzun müddət tribunadan azarkeşlərin əlində dolaşıb və bu zaman oyun dayanıb. Bir az sonra təhlükəsizlik xidmətinin əməkdaşları formanı futbolçuya qaytarıb.

Xəbər 868 dəfə oxundu.