Aleks əbədiləşdirildi
Aleks də Souza Qatıköydə Yoqurtçu parkında əbədiləşdirilib. «Fənərbağça»nın braziliyalı kapitanı üçün hazırlanan heykəlin təntənəli mərasimlə açılışı keçirilib. Bu tədbir sentyabrın 14-də Aleks 35-ci ad gününü qeyd edərkən təşkil edilib. Tədbirdə iştirak edən futbolçunun özü göz yaşlarını saxlaya bilməyib. Fanatlar mərasimə ailəsi ilə qatılan futbolçunu «I Love You Alex» sədaları ilə qarşıladılar.

Alekslə aralarında münaqişə olduğu iddia edilən klubun baş məşqçisi Aykut Qocaman da tədbirdə iştirak edirdi. Aleks çıxışında hər kəsə təşəkkürünü bildirib: «Hər şeydən əvvəl burada mənim bu ölkəyə gəlməmdə pay sahibi olan insanlara təşəkkür etmək istəyirəm. Həyat yoldaşım, Dayanneyə təşəkkür etmək istəyirəm. O olmasaydı, bu qədər uzun müddət öz ölkəmizin xaricində qala bilməzdim. Ayrıca başçımız Aziz Yıldırıma çox təşəkkür etmək istəyirəm. Eyni zamanda bu ana qədər oynadığım bütün komanda yoldaşlarıma, məşqçilərə təşəkkür edirəm. Dauma xüsusilə, Mənə yol göstərən o olub. Ziko ayrı birisi, hər vaxt bütüm olub. Aykut Kocamana da də çox təşəkkürlər».

İdman.com.az saytının məlumatına görə, Aleksin heykəli təxminən 32 min 750 lirəyə başa gəlib. Bu pulu «Fənər»li azarkeşlər öz aralarında yığıblar. İş adamlarının qoşulması istəyi isə qəbul edilməyib.

Xəbər 865 dəfə oxundu.