Velosipedçilərimiz V İslam Həmrəyliyi Oyunlarına yollanıblar
Azərbaycanın şose və trek velosipedi üzrə elit/U23 yığma komandasının üzvləri Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında iştirak edəcəklər.

Avqustun 9-da rəsmi açılışı olacaq Oyunlarda baş məşqçilər Asif Həsənov (şose üzrə) və Elçin Qərəmanovun (trek üzrə) rəhbərliyi ilə kişi velosipedçilərdən Elçin Əsədov, Nəcəf Bağırov, Əmral Abduləzizli, Əli Qurbanov, Musa Mikayılzadə, Şahin Eyvazov, Elgün Əlizadə, qadınlardan isə Viktoriya Sidorenko, Ayan Xankişiyeva və Lalə Əbdürəhmanova mübarizə aparacaqlar.

İdmançılarımız həm trek, həm də şose növlərində yarışlara qatılacaqlar. Velosipedçilərimiz mübarizəyə avqustun 5-də başlayacaqlar. Onlara Orxan Məmmədov (mexanik) və Babək Xudiyev (massajçı) texniki xidmət göstərəcəklər.

Xəbər 324 dəfə oxundu.