"Qarabağ" - "Ferentsvaroş" oyunu üçün bütün biletlər satılıb
Bakıda Ağdamın “Qarabağ” və Macarıstan “Ferentsvaroş” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunu üçün bütün biletlər satılıb.

Satışa çıxarılmış bütün biletlər alınıb.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq “Qarabağ” – “Ferentsvaroş” matçı saat 20:00-da başlayacaq. Cavab görüşü avqustun 9-da Budapeştdə olacaq.



Xəbər 299 dəfə oxundu.