“Konya-2021”də Azərbaycan nümayəndə heyətinin məskunlaşacağı bina idmançıları qəbul etməyə tam hazırdır
Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan nümayəndə heyətinin məskunlaşacağı bina idmançıları qəbul etməyə tam hazırdır.

Azərbaycanın üçrəngli bayrağı ilə bəzədilən binanın üzərində Gənclər və İdman Nazirliyinin (GİN) loqosu olan AZE sözü yazılıb.

Artıq Azərbaycanın şef-de-missionu, GİN-in İdman şöbəsinin müdiri Elnur Məmmədov Konyadadır.

Qeyd edək ki, İslamiadanın açılış mərasimi avqustun 9-da baş tutacaq. Avqustun 18-də isə yarışın bağlanış mərasimi keçiriləcək.

Xəbər 227 dəfə oxundu.