Mert Çelik daha 1 il “Neftçi”nin şərəfini qoruyacaq
Mert Çelik Bakının “Neftçi” klubunun şərəfini qorumağa davam edəcək.

Müqavilə ilə Türkiyənin “İstanbul Başakşehir” komandasına məxsus olan 22 yaşlı futbolçu icarə əsasında daha 1 il Bakı təmsilçisinin heyətində çıxış edəcək.

O, 2 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, futbolçu 2020-ci ilin sentyabrından “Neftçi”nin heyətində 38 oyun keçirib, 2 qol vurub.

Xəbər 243 dəfə oxundu.