Binə Atçılıq Mərkəzində çövkən yarışlarına start verilib | |
Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə çövkən milli atüstü oyunu üzrə Şuşa kuboku turnirinə start verilib. 6 komandanın iştirakı ilə təşkil olunan yarışlarda ümumilikdə 10 oyun keçiriləcək. Təşkil olunmuş püşkatmanın nəticələrinə əsasən, komandalar iki qrupa bölünüb. A qrupunda “Sərhədçi Dilbaz”, “Sərhədçi Qarabağ” və “Polad”, B qrupunda isə “Köhlən”, “Omar” və “Buta Qolden” komandaları yer alıb. Kubokun açılış gününün ilk oyununda “Sərhədçi Dilbaz” komandası rəqibi “Sərhədçi Qarabağ” komandası üzərində 3:2 hesablı qalibiyyət əldə edib. İkinci görüş isə “Omar” komandasının “Köhlən” komandası qarşısında 3-0 məğlubiyyəti ilə nəticələnib. Xatırladaq ki, turnirdə avqustun 3-dək qrup oyunları, 4-də yarımfinal, 6-da isə final mərhələləri keçiriləcək. Yarışlar Binə Atçılıq Mərkəzi ərazisində keçirilir. |
|
Xəbər 439 dəfə oxundu. |
|
|