“Turan Tovuz” klubu “Tottenhem”in yetirməsi ilə birillik müqavilə imzalayıb
“Turan Tovuz” klubu heyətinə yeni futbolçu cəlb edib.

Klub hücumçu Natan Oduvanın keçidini tamamlayıb. İyirmi altı yaşlı forvard ilə birillik müqavilə bağlanıb.

Son olaraq “Şamaxı”da çıxış edən futbolçu “Tottenhem”in yetirməsidir. O, karyerası ərzində “Luton” (İngiltərə), “Kolçester” (İngiltərə), “Piterboro” (İngiltərə), “Reyncers” (Şotlandiya), “Olimpiya” (Sloveniya), “Hapoel” (İsrail), “Dandolk” (Şimali İrlandiya) və “Veyle” (Danimarka) komandalarının da şərəfini qoruyub.

Xəbər 244 dəfə oxundu.