“Rapid” – “Neftçi” oyununu Norveçdən olan hakimlər briqadası idarə edəcək
UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Rapid” (Avstriya) – “Neftçi” matçının hakimləri müəyyənləşib.

Oyunu Norveçdən olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Rohit Saqqi olacaq. Ona Qeyr İsaksen və Morten Yensen kömək edəcəklər. Dördüncü hakim funksiyasını Sivert Öksnes Amland yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 11-də Avstriyanın paytaxtı Vyananın "Vestştadion" arenasında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Xəbər 237 dəfə oxundu.