Ardıcıl 5-ci dəfə!
Bu gün qadın voleybolçular arasında Avropa çempionatının seçmə mərhələsinin 2-ci dövrəsi çərçivəsində 2-ci turun görüşləri baş tutub. İdman.com.az saytının məlumatına görə, Bakı İdman Sarayında təşkil olunan matçda Azərbaycan millisi Avstriya yığması ilə qarşılaşıb.

Meydan sahiblərinin üstünlüyü şəraitində keçən oyunda qızlarımız qalib gəliblər - 3:0 (25:11, 25:16, 25:12). Bununla da qrupda liderliyi vaxtından əvvəl özünə təmin etmiş Faiq Qarayevin komandası Avropa çempionatının final mərhələsinə adlayıb. Adı çəkilən uğur ardıcıl 5-ci dəfə təkrarlanıb.

Digər görüşdə Belarus seçməsi Finlandiya voleybolçularını üstələyib – 3:1 (26:24, 25:19, 23:25, 27:25). Millimizin növbəti, son oyununu sabah keçirəcək. Rəqib Belarus kollektivi olacaq.

1.Azərbaycan – 15 xal (15:0), 2.Belarus – 12 (12:5), 3.Finlandiya – 0 (5-12), 4.Avstriya – 0 (0:15).

Xəbər 915 dəfə oxundu.