Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı | |
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: XIV London Yay Paralimpiya Oyunlarında qazandıqları yüksək nailiyyətlərə, habelə Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə aşağıda adları çəkilən Azərbaycan idmançıları və onların məşqçiləri təltif edilsinlər: “Şöhrət” ordeni ilə İbrahimov Ramin İbrahim oğlu Panyutin Oleq Viktoroviç Pronina Natali Aleksandrovna Sultanova Afaq Vaqif qızı Cəfərov Ağanağı Cəfər oğlu Culfayev Alavərdi Abasoviç İbrahimov İbrahim Eldar oğlu Mustafayev Şahlar Gülməhəmməd oğlu Sultanzadə Məhərrəm Elxan oğlu Təhməzov Sergey Mehdiyeviç “Tərəqqi” medalı ilə Həsənov Hüseyn İsmayıl oğlu Xəlfəyev Ziyad Əli oğlu Muradov Elçin Tofiq oğlu Setin Pavel Vitalyeviç Süleymanov Afiq Məmməd oğlu Zəkiyev İlham Əzizağa oğlu “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə Osmanov Rza Fikrət oğlu Rəcəbli Əhməddin İzət oğlu Zayets Vladimir Vladimiroviç İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 14 sentyabr 2012-ci il. |
|
Xəbər 2362 dəfə oxundu. |
|
|