Bakıya gəlməli olan Şakirənin başı dərddə
Dünya şöhrətli müğənni Şakirə Bakı səfərindən öncə xoşagəlməz hadisəylə üzləşib. İdman.com.az saytının xəbərinə görə, hazırda "Barselona"nın müdafiəçisi Xerard Pikeylə eşq məcərası yaşayan müğənninin keçmiş sevgilisi Antonio de la Rua ona qarşı təzminat iddiası irəli sürüb.

Argentinanın sabiq prezidentinin oğlu olan Antonio de la Rua Şakirədan 45 milyon dollar tələb edib. Ruanın iddiasına görə, o vaxtilə Şakirəya görə hüquqşünaslıq karyerasından imtina edib və belədə ona külli miqdarda gəlir gətirəcək müqavilələrdən məhrum olub.

Şakira 2011-ci ilin yanvarında mediaya açıqlama verərək Antonioyla olan münasibətlərə son qoyduğunu bəyan edib. Ayrılıqdan sonra müğənni verdiyi müsahiblərdə 10 il bir yerdə olduğu Ruayla keçirdiyi zamanı həyatının ən xoş anları kimi qələmə verib. Lakin ona qarşı məhkəmə iddiasından sonra daha xoş günlər haqda bir söz söyləmir.

Xatırladaq ki, Kolumbiyalı müğənni Pikeylə nişanlanıb və futbolçudan hamilədi.

Bu arada Qərb mediasının yaydığı xəbərə görə, məhkəmə prosesi ilə əlaqədar olaraq müğənninin sentyabrda gedəcəyi turnelər təxirə salına bilər. Bu o deməkdi ki, dünya şöhrətli Şakirənı Bakıda görməyə bilərik. O, 17 yaşlı qızlar arasında keçiriləcək dünya çempionatıyla bağlı ölkəmizə gəlməliydi.

Xəbər 994 dəfə oxundu.