Voleybolçularımızdan növbəti qələbə
Bu gün qadın voleybolçular arasında Avropa çempionatının seçmə mərhələsinin II dövrəsi çərçivəsinin oyunları keçiriləcək. İdman.com.az saytının məlumatına görə, Bakı İdman Sarayında təşkil olunan matçda Azərbaycan millisi Finlandiya yığmasını qəbul edib.

Meydan sahiblərinin üstünlüyü şəraitində keçən oyunda qızlarımız qalib gəliblər - 3:0 (25:23, 25:19, 25:20). Digər görüşdə eyni hesabla Belarus seçməsi Avstriya voleybolçularını üstələyib. Millimiz növbəti oyununu sentyabrın 15-də Avstriya yığmasına qarşı keçirəcək.

1.Azərbaycan – 12 xal (12:0), 2.Belarus – 9 (9:4), 3.Finlandiya – 0 (4-9), 4.Avstriya – 0 (0:12).

Xəbər 953 dəfə oxundu.