Azərbaycanın U-18 komandası Avropa çempionatına qələbə ilə başlayıb | |
On səkkiz yaşadək basketbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatına qələbə ilə başlayıb. San-Marinoda təşkil olunan Avropa çempionatının C divizionunda mübarizə aparan millimiz B qrupunda ilk görüşünə çıxıb. Lüksemburq seçməsi ilə qarşılaşan yığmamız oyundan 75:71 hesablı qələbə ilə ayrılıb. Millimiz qrupda növbəti oyununu iyulun 26-da Cəbəllütariq komandasına qarşı keçirəcək. |
|
Xəbər 391 dəfə oxundu. |
|
|