«Flamenqo»nun qapıçısı adam öldürüb
«Flamenqo»nun keçmiş qapıçısı Bruno Souzaya adam öldürməkdə ittiham olunur. İdman.com.az saytının məlumatına görə, o, gecələrin birində model Eliza Samudio ilə tanış olmuşdu. Cütlük gecəni bir yerdə keçirəndən sonra Samudio hamilə qalıb. Bu xəbər Brunonu coşdurub və modelin oğurlanması və qətlini planlaşdırıb.

Həmin işdə ona 8 nəfər kömək edib. Samudionu 2010-cu ilin iyununda Riodakı oteldən oğurlayıblar. Onu öldürdükdən sonra cəsədi bir neçə hissəyə parçalayıblar və itlərə yedizdiriblər. Brunonu 2010-cu ildə tutub Samudionu oğurlamağa və döyməyə görə 4,5 illik həbsə məhkum etmişdilər. İndi isə o, adam öldürməyə görə daha ağır cəzaya məruz qalacaq.

Xəbər 970 dəfə oxundu.