Avropanın ən yaxşısı – «Çelsi»
London «Çelsi»si Avropa Klublar Assosiasiyasının versiyası üzrə son mövsüm qitənin ən yaxşı komandası seçilib. İdman.com.az saytının məlumatına görə, «Çelsi»nin qalib seçilməsi Çempionlar Liqası və İngiltərə Kubokunda zəfərləri sayəsində olub. İngilis klubu Çempionlar Liqasının finalında Münhen «Bavariya»sını məğlub etmişdi.

Ancaq qitənin ən yaxşı klubu adını həm rəsmi turnir qələbəsi, həm də seçimə əsasən qazanan «Çelsi» öz ölkəsinin çempionatını çox uğursuz keçirmişdi. Ölkəsinin 6-cı komandası olmaq, hər halda bu ada sahib komandaya uyğun deyil.

Xəbər 1156 dəfə oxundu.