Ruslan Abışov: “Bu mənim üçün adi haldı”
“Bu mənim üçün adi haldı. Oyuna normal qaydada hazırlaşıram. Qəribə hisslər keçirdiyimi gizlətmirəm. Amma həmin oyunda “Xəzər Lənkəran”nın qalib gəlməsi üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam”. Bu sözləri “Neftçi” ilə oyundan danışan “Xəzər Lənkəran”ın futbolçusu deyib.
İlk dəfə sabiq komandasına qarşı oynayacaq Abışov azarkeşlərə görə narahat deyil: “Mən geyindiyim formanın hər zaman haqqını verməyə çalışmışam. Bunun üçün meydanda canımı da verməyə hazıram. “Neftçi” də oynadıgım dönəmdə bu belə idi. İndi isə mən “Xəzər Lənkəran”ın ugurları üçün eynisini edəcəm. Azarkeşlərin isə bütün fikirlərinə və hisslərinə hörmətlə yanaşıram. Çünki onlar hər zaman haqlıdılar”.

Xəbər 1004 dəfə oxundu.