Serbiya futbolunda qeyri-adi istefa gerçəkləşib
Serbiya futbolunda qeyri-adi istefa gerçəkləşib. Çempionatın lideri “Voyvodina” rəhbərliyi baş məşqçini vəzifəsindən kənarlaşdırıb.

Hərçənd, Zlatan Zaqorçiçin yetirmələri son 3 turda ardıcıl qələbələr qazanmışdı. 4 turdan sonra lider olan Novi-Sad təmsilçisinin çalışdırıcını istefaya göndərilməsi hamını təəccübləndirib. Rəhbərlik bu addımı oyun keyfiyyətinin aşağı olması ilə izah edib.

Belə ki, rəhbərlik bütün görüşlərdə 1:0 hesabı ilə qalib gələn komandada dəyişikliyi zəruri sayıb.

Xəbər 906 dəfə oxundu.