“Kral Klubu”nun yeni formaları yaşıl rəngdə olacaq
“Real”ın 2012-2013 mövsümü üçün hazırlatdığı üçüncü alternativ formanın rəngi müəyyənləşib. “Kral Klubu”nun yeni formaları yaşıl rəngdə olacaq.
Bundan öncə ağ və göy rəngdə klassik iki forma təqdim edən “Real” üçüncü formanın təqdimatını keçirməyib. Məlumata görə, yaxın günlərdə təqdim olunacaq yaşıl formaları “Real” futbolçuları Çempionlar Liqasında geyinəcək.
Qeyd edək ki, ötən mövsüm “Real” bəzi matçlarına qırmızı formada çıxmışdı. “Kral Klubu” ilə dəfə 1965-ci ildə Argentinanın “River Playt” klubu keçiril keçirilən yoldaşlıq oyununda yaşıl forma geyinib və bundan sonra bir daha bu rəngdən istifadə etməyib.

Xəbər 1189 dəfə oxundu.